Nəvə babanın evini soydu

OXUNUB: 585 HADİSƏ

Ağcabədi rayonunda nəvə babasının evindən oğurluq edib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də rayon ərazisindəki evlərin birindən 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən nəvə, şəhər sakini Mirsəfər Əliyev saxlanılıb.

İcmal.Az

RƏYLƏR