Redaksiyamıza Araz Əliyev tərəfindən müraciət daxil
olmuşdur. Müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
"İqtisad universitetində dərs deyirəm. Lakin artıq işləmək mümkün deyil.
Universitet pis vəziyyətə düşüb. Gənc kadrlar adı ilə FETÖ-çuları işə götürüblər.
Universitetn adını öz təriqətilərinin adı uyğun dəyişiblər. Bütün bunları
araşdırmışam.
Son vaxtlar Türkiyə mətbuatında gedən yazılar və Türkiyə universitetlərində
FETÖ araşdırmaları diqqətimizi çəkdi. Azərbaycanda da belə bir işıltılar
sezdik. Çünki təriqətçilərin bir seçilən xüsusiyyəti var ki, ələ keçirdikləri
yerdə yeni qaydalar yaradır, öz abreviaturalarını tətbiq edirlər. İqtisad
Universitetində də keçən il müəmmalı şəkildə dövlət universitetinin adını dəyişməyə
cəhdlər oldu. Lakin buna nail olunmadı. Dövlət qurumları Azərbaycan Dövlət
İqtisad Universitetinin adının UNEC-ə çevrilməsinə qəti etiraz etdilər. Buna
baxmayaraq dövlətin etirazına və imtinasına əks olaraq UNEC ideyasının müəllifləri
bunu universitetin bir brendi kimi qələmə verməyə başladılar. Burada da şübhəli
məqam odur ki, niyə məhz İqtisad universitetində rəhbər vəzifələrin və məsləhətçilərin
dəyişikliyindən sonra belə bir hadisə yaşandı. İllərdir tanınan Azərbaycan Dövlət
İqtisad Universitetinin adını dəyişmək hansı məqsədləri güdür? Universitetinn
adinın dəyişdirlməsində FETÖ-çuların bir rolu varmı?Bu məsələnin xüsusi
jurnalist araşdırmasına ehtiyac var. Ümid edirik ki, maraqlı tərəflər bu
yazıdan sonra araşdırmaya yardımçı olacaqlar. Bu yazı ilə bağlı bizi hansısa
birtərəfli mövqedə ittiham etmək istəyənlərə demək istəyirik ki, bu məqalədə
yazılan məlumatların böyük qismi elə universitetin rəsmi saytından, Azərbaycan
və Türkiyə mətbuatında götürülüb.
Beləliklə, UNEC əgər "university of economy” deməkdirsə, bu necə Azərbaycan
Dövlət İqtisad Universitetinin bir brendi ola bilər? Əgər bu brenddirsə, özündə
nəyi ehtiva edir, məhsul olaraq nədir? Əgər əmtəə və ya məhsuldursa, onda adı
niyə "university of econmomy”dir. Yəni, birbaşa olaraq Universitetin rəsmi
adının ekvivalentidir. Və nə üçün hər yerdə unversitet UNEC kimi, UNEC
universiteti kimi təbliğ olunur? Əgər UNEC - "university of economy” deyilsə, bəs
nə deməkdir? Burada hər hansı bir gizli şifrlər varmı... Suallar çoxdur.
Universitetin rəsmi saytında UNEC rektoru, UNEC müəllimi, UNEC tələbəsi kimi
ifadələr işlədilir. Əgər UNEC universitet yox, onun bir brendidirsə, brendin
rektoru və ya tələbəsi olurmu? Əgər bu ingilis dilində tanıtımdırsa, onda
universitetin ingilis abviaturası ASUE olmalıdır. Rəsmi olaraq dövlət
qurumlarında belədir. Belə çıxır ki, "bu, bir brenddir” deyənlər özləri də
brendin mənasını bimirlər. Bizə elə gəlir ki, bu məsələyə aydınlıq gətirmək
üçün UNEC ideoloqlarının kimliyini araşdırmağa ehtiyac var. Bu şəxslər
universitetdə vacib, strateji mövqelərdə olanlardır.Universitetin istiqamətini,
yeri gələndə rektorun da hərəkətlərini idarə edə biləcək şəxslərdir. Bu UNEC-ləşmə
Gülən təhsil sisteminə adaptasiya ola bilərmi? Ümumiyyətlə FETÖ-nün iqtisad
univeritetində dayaqları kimlərdir? Niyə dövlətin univeristeti özbaşına başqa
adla adlandlrılsın,axı buna heç bir rəsmi qurum icazə verməyib. Belə çıxır ki,
Nazirlik də bu özbaşnalıqla bacarmır. Təhsil Naziri Mikayıl Cabbarov öz işinin
öhdəsindən gələ bilmir. Ehtimal var ki, nazirliyin müəyyən şöbələri
FETÖ-çuların idarəetməsinə keçib.
UNEC sadəcə Universitetin bir brendi kimi qeyddiyyatdan keçib. "UNEC”
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən
yanvarın 2016 –cı il yanvarın 21-də rəsmi qeydiyyata alınıb. Brend təsdiqlənərkən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın
41-ci sinfini əsas götürürək — tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr,
idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif — elmi və
texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi
və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının
işlənməsi və təkmilləşdirilməsi əsas götürüb. Universitetin brendi UNEC-dir.
Lakin Universitet deyil. UNEC rektoru və ya UNEC müəllimi, tələbəsi ifadəsi
qanuna ziddir, həm də mövcud olan Azərabaycan Dövlət İqtisad Universitetinin
adına, tarixinə hörmətsizlikdir. UNEC-i Azərbaycan Dövlət İqtisad Universiteti əvəzinə
universitet adı kimi tanıtmaq və təbliğ etmək ilk növbədə ölkə qanunlarına hörmətsizlikdir.
BMT-nin İqtisadiyyat Komissiyasının abreviaturasını United Nations Economic
Commission- (UNEC) iqtisad universitetinin adı kimi abreviaturada təqdim etmək
plagiatdır.
Bildiyimiz kimi FETÖ başçısı Fətulla Gülən ABŞ-da, Pensilvaniyada yaşayır və
"imperiya”sını oradan idarə edir. Dünyanın müxtəlif yerlərində olan FETÖ
imamları vaxtaşırı Pensilvaniyaya gəlib ondan yeni təlimatlar alıb, olanlar
haqqında hesabat verirlər.Gülən təriqəti ABŞ-da geniş təhsil şəbəkəsinə
malikdir. Yalnız Pensilvaniyada 3 kollec birbaşa bu təriqətin nəzarətindədir.
ABŞ-ın universitetlərində də Gülən təriqəti ilə bağlılığı olan çoxlu saylı müəllim
və professorlar var. Məsələ ondadır ki, Pensilvaniyada dəfələrlə olan, orada
yaşayan və çalışan şəxslər Azərbaycan Dövlət İqtisad Universitetində çalışırlar
və mühüm postları tuturlar. FETÖ-nün Azərbaycan təhsil sisteminə təsir etməsi
isə olduqca təhlükəli bir prosesdir. Bu həm dövlətçiliyə, həm də qardaş Türkiyə
ilə olan münasibətlərə xələl gətirə bilər. Buna görə də FETÖ-nün Azərbaycan
Dövlət İqtisad Universitetinə təsiri, rektoru yönəltmə imkanları araşdırılmalıdır.
Maraqlı faktdır ki, bu gün dövlətin qanunlarına zidd olaraq UNEC adlandırılan
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinin
dekanı Fərruz Tuzcu Oglu da bir müddət Pensilvaniyada yaşayıb və çalışıb. Fərrux
Tuzcuoğlu əmək fəaliyyətinə 1996-cı ildən Sakarya universitetində başlayıb,
universitet nəzdində fəaliyyət göstərən Akyazı kollecində program rəhbəri,
Geyve kollecində kafedra müdiri və müdir, Sakarya universitetində dekan müavini
və kafedra müdiri vəzifələrini icra edib. Hazırda Azərbaycan Dövlət İqtisad
Universiteti Türk Dünyası İşlətmə Fakültəsində dekan vəzifəsində çalışır.
2012-2013-cü illərdə ABŞ-da Pennsilvaniya Universitetində tədqiqat aparıb. Türk
Dünyası İşlətmə fakültəsi Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda
1992-ci ildə yaranmışdır. Fakultə dekanı Türkiyə Universitetlərinin müəllimləri
arasından seçilir. Fakültənin akademik heyətini Türkiyədə təhsil almış azərbaycanlı
və türkiyəli müəllimlər təşkil edir. Gördüyümüz kimi fakültə FETÖ-nün ölkəmizə
emisar və missionerlərinin axışdığı bir zamanda açılıb. 90-cı illərin əvvəlində
"nurçular” öz ideologiyalarını Qafqazda və Orta Asiyada rahatlıqla
yayırdılar.ABŞ-da FETÖ-ya Pensylvaniada Truebright Bilim Akademisi Ortaokulu,
Merkezi Pennsylvania Genç Bilginler Okulu, Batı Pennsylvania Genç Bilginler
Okulu məktəbləri Fətulla Gülən şəbəkəsinə daxildir. İstisna deyil ki, FETÖ
Pensilvaniya universiteti ilə də sıx bağlıdır. Bu universitet vaxtı ilə Fətulla
Gülən davamçılarının dərs aldığı və çalışdığı ali məktəbdir.Xatırladaq ki,
İqtisad Universitetinin fakültə dekanının çalışdığı Sakarya universitetində bu
ildən araşdırmalar başlanmışdı. FETÖ ilə əlaqədə şübhəli 10 professor
saxlanıldı.Sakarya FETÖ-nün əsas mərkəzlərindən biri olub və hazırda orada
istintaq aparılır.
Pensilvaniya və Sakarya ilə əlaqəli şəxslər İqtisad Universitetdə az deyil.
Rektorun sağ əli olan, köməkçisi Ramil Cabbarov univeristetdə ən gənc
kadrlardan olsa da çevik siyasəti ilə seçilir. Deyilənə görə, qondarma UNEC
adının da ideya müəlliflərindən biri odur. Ramil Cabbarov rektorun çıxışlarını
tənzimləyir. Nəyin necə demək lazım olduğunu diqtə edir.O,özünü universitetin
yerli "imamı”kimi aparır.Sərbəst şəkildə müəllimlərin işinə də müdaxilə
edir.Rektor köməkçi üzərində dayanmağımız onun da Pensilvaniya ilə əlaqəli
olması, FETÖ-çuların mərkəzi olan Sakarya universitetlərdə və FETÖ-çuların
olduğu digər universitetlərdə təlimlər keçməsidir. Ən səsası isə Türkiyə mətbuatında
gedən yazı rektor köməkçisinin fəaliyyətinə də nəzər salmağımıza sövq etdi.Türkiyənin
"Diriliş Postası” qəzetinin yazdığına görə FETÖ-cuların əsas bağlayıcı üzvü köməkçi
vəzifəsini daşıyanlardır. Yəni, "nurçular”ın müxtəlif sahələrdə tutduğu vəzifələr
əsasən rəhbərlərin köməkçisi və məsləhətçilərdir. Bunun səbəbini də qəzet açıqlayıb:
"Örgütün asistanlarına ilişkin dikkati çeken tespitlerin aktarıldığı
iddianamede, şu değerlendirmelere yer verildi:
"Sohbetlere katılma, himmet verme, kurban bağışında bulunma, iller arası
düzenlenen toplantılarda üniversite ve akademik kadroyla ilgili bilgi verme
gibi örgütsel faaliyetler icra eden asistanların, FETÖ içindeki önemi ve yeri
her daim yüksek olmuş, üniversite kadrolaşmasında mihenk taşı statüsünü
korumuştur. Akademisyen çoğunluğunu ele geçirme stratejisi vardır. Zira
'akademisyen çoğunluğu' demek, rektör seçiminde söz sahibi olmak, dekan olacak
öğretim üyelerini belirlemek, fakülte kurullarının, senatonun, ana bilim dalı
başkanlıklarının, bölüm başkanlıklarının seçimi ve oluşumunda belirleyici
olmak, asistan alımlarında kurulacak jürileri oluşturmak gibi üniversitenin
temel işleyişinde 'baş aktör' olmak demektir. Bu işleyişlere hakim olabilecek
çoğunluğu ele geçirebilmek için legal ya da illegal tüm yollara
başvurulmuştur.” –TÜRKİYƏ MƏTBUATI
Bu ilin may ayında Türkiyə respublikası,” Doqquz Eylul Universiteti”ndə FETÖ-ya
bağlı 27 nəfər həbs edildi. "Nurçu” təriqətinə mənsub olması iddia edilən
İqtisad Univeristetin Maliyyə və mühasibat fakültəsinin dekanı Musayev Gəray
1993-2001-ci ilə qədər həmin univeristetdə təhsil alıb. Təriqətə mənsub
olduğunu bildiklərimizdən biri də müəllim Əhmədov Farizdır. O da Sakarya
universitetində 2003-2005-c illərdə Fətulla Gülən şəbəkəsinin çox nüfuzlu
olduğu bir zamanda təhsil alıb və Türk dünyası işlətmə fakültəsində
dissertasiya müdadiə edib.
İqtisad Universitetində çoxları bilir ki,Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi
və İdarəedilməsi Mərkəzinin direktoru Qasımov Raqif də dini təriqətə mənsubdur.
O da Sakarya universitetində təhsil alıb. Bu ilin qışında Türkiyə universitetlərində
FETÖ araşdırması aparılanda İqtisad Universitetinin Türk dili işlətmə fakültəsi
ilə bağlı araşdırma aparılıb. Fakültənin bağlanma təhkükəsi də olub. Türkiyə tərəfinin
təkidi ilə bu fakültə bağlanmalı idi. Hətta rektor məsələni həll etmək üçün təcili
Türkiyəyə uçub, fakültənin bağlanması təxirə salınıb.Türk Dünyası İşlətmə
fakültəsinin dekan müavini Yusif Əliyev təhsilini 2003-cü ildə Türkiyə
Respublikası Selçuk Universitetində alIb. Məsələ ondadır ki, FETÖ-nün əsas
ideoloqlarının bir qismi Selcuk universitetində rəhbər vəzifələrdə olublar. Bu
il Türkiyədə FETÖ əməliyatında 43 professor-müəllim saxlanıldı, ümumilikdə isə
200 nəfərdən artıq adam haqqında istintaq başlandı.Türkiyə mətbuatından
sitat:"Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel'in de bulunduğu 43
sanık hakkında hazırlanan iddianamede, örgütün makam sevdalısı ya da açığı olan
rektörlerle iş birliği yaptığı bildirildi”
Fəaliyyəti Azərbaycanda qadağan edilən "nurçular” təhsil sistemində yaranan
münbit şəraitdən istifadə edərək bir sıra universitetlərdə yüksək postlarda və əlverişli
mövqelərdə təmsil olunublar. Məsələ ondadır ki, savadlı professor-müəllim heyəti
də bu "cavan perspektivli” kadrlarla bacarmır. Çünki nurçular birbaşa olaraq
rektoratlığa yaxın insanlar tərəfindən himayə olunurlar. Rektorun köməkçisi və
mühüm işlər üzrə məsləhətçiləri də vaxtə ilə "nurçuluq” təriqəti ilə sıx əlaqədə
olan şəxslərdir. İddiaya görə universitetin bütün vacib şöbələri nurçular tərəfindən
idarə olunur. Adlarını sadaladığımız şəxslər bir nümunədir. Əslində
universitetdə "nurçular”ın sayı çoxdur.Bu haqda mətbuatda yazılar gedib.
"Nurçular” 1992-ci ildən başlayaraq Azərbaycandan Türkəyədə təhsil almağa gedən
tələbələri öz tərəflərinə çəkməyə çalışıblar. Hətta bir qismini ələ da alıblar.
Onalar əksəriyyəti bu təriqətdən uzaqlaşsa da hələ təriqə qulluq edənlər var. Və
əfsus ki, bizim təhsil sistemimizə də "hopublar”.
Maraqlıdır ki, İqtisad Univeristetində artıq yolka qurulmur və yeni il şənliyi
keçirilmir. Yeni il bayramı rəsmi bayramımız olduğu halda universitetdə bu
bayramın qeyd edilməməsi sırf islahatçı "nurçular”ın təriqət ənənələrinə bənzəyir.
Klassik nurçular-Nursi davamçıları və islahatçılar-Gülənçilər. Hazırda klassik
nurçular FETÖ məsələsindən sonra "podpolyaya” çəkiliblər. Lakin Gülənçilər isə
çox fəal hərəkətdədirlər və itirilmiş mövqelərini bərpa etməyə çalışırıar. Fətulla
Gülən şəbəksi təhsildən formalaşdığı məlumdur. Bu səbəbdən də FETÖ-çular təlim-tədris,
təhsil sahəsində daha güclü mövqeyə malikdirlər. Ehtimal var ki, Gülən
davamçıları Azərbaycan Dövlət İqtisad Universitetində birbaşa rektora təsir edəcək
gücdədirlər. Rektorun yaxın qohumlarının Gülən okulu olan "Çağ” (indiki "İstək”)
liseyində təxsil alması bu şübhələri artırır. Bu gün Azərbaycanın gənc nəslinin
başında təriqət təhlükəsi var. Çünki təriqətçilər təhsil vasitəsi ilə gənclərə
təsir edir, onları təriqətlərə cəlb edirlər. Bəlkə də "nurçular” ı elə rektor
Ədalət Muradov himayə edir. Ədalət Muradovun Gülən məktəblərinə aid "Qafqaz”
universitetinin keçmiş rəhbərliyi ilə FETÖ əməliyyatında Bakıdan qovulan və
Türkiyədə istintaqa cəlb edilən Ahmet Saniçla sıx əlaqələri olub. Ədalət
Muradov Qafqaz universitetinin və şəxsən Ahmet Sanıcın əziz qonağı idi. Ahmet
Sanıc Fətulla Gülən örgütünün Bakıdakı imamı idi. Yaqin ki, o, Ədalət Muradova
bir neçə xahişlə bulunub, FETÖ-çuların maraqlarını lobbiləşdirən məsləhətlər
verib. Bu şübhələrə son qoymaq üçün rektor Ədalət Muradovun da fəaliyyəti
araşdırılmalıdır. Universitetin tarixində belə özbaşnalıq hələ olmayıb. Rektor
olduğu müddətdə ABŞ və Türkiyəyə etdiyi səfərlərin məqsədi, kimlərlə
görüşdüyünü araşdırmaq yaxşı olardı. Nə üçün təriqətçilikdə şübhəli bilinən şəxslərə
yüksək vəzifə və yüksək maaş verməsini də izah etməlidir.Yəqin ki, bu
araşdırmadan sonra Ədalət Muradov universiteti dövlət qanunlarımıza uyğun idarə
edə bilmədiyini etiraf edər."
ICMAL.az