Obama Vaşinqtonda kirayə qaldığı evi 8 milyon dollara alıb

OXUNUB: 757 DÜNYA

ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel prezidentlik müddəti bitdikdən sonra Vaşinqtonun dəbdəbəli rayonunda kirayə qaldıqları evi 8,1 milyon dollara alıblar.

Bu barədə CNN telekanalı məlumat yayıb.

"Sabiq prezident və xanım Obamanın ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha ağlabatandır”, - deyə Obamanın nümayəndəsi Kevin Lyuis telekanala bildirib.

Məlumata görə, evdə 9 yataq otağı və 8 vanna otağı var./report

İcmal.Az

RƏYLƏR