Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək.
İcmal.Az xəbər verir ki, Azərbaycan idmançılarından 4-ü mübarizəyə qoşulacaq.
Kişilər
68 kq çəkidə Ayxan Tağızadə 1/4 finaldan başlayacaq. Onun rəqibi Nurmurat Berkeliyev (Türkmənistan) - Ruhulla Nikpa (Əfqanıstan) cütünün qalibi olacaq.
80 kq-da Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beiqi Harçeqani İyaz Əhməd (Pakistan) - Məcid Almabruk (Səudiyyə Ərəbistan) cütünün qalibi ilə üz-üzə gələcək.
+87 kq-da Rio-2106-nın çempionu Radik İsayev 1/4 finalda pakistanlı Adil Şahla qarşılaşacaq.
Qadınlar
49 kq-da Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova yarımfinaldan yarışa baçlayacaq. O, Layan Cabir (Fələstin) - Yusra Əl-Şükri (Oman) cütünün qalibi ilə yarışacaq.
67 kq-da Fəridə Əzizova 1/4 finalda iranlı Parisa cavadikuçaksareylə üz-üz gələvək.