"Oğluma dedim get şalvarını geyin, qızlar baxır, ayıbdır..." - Nadirdən oğluna QADAĞA

OXUNUB: 916 ŞOU-BİZNES
Tanınmış müğənni Nadir Qafarzadə oğluna qoyduğu qadağadan danışıb.

 Hər zaman ailəcanlı insan kimi tanıdığımız Nadir oğluna şortik geyinməyi qadağan etdiyini bildirib:

"Gördüm ki, şortik geyinib və evdən çıxmağa hazırlaşır. Geri qayıtmağa məcbur elədim, dedim ki, get, dəyiş, şalvar geyin. O, şortiki dəniz kənarında, bağda geyinə bilər. Oğluma dedim ki, şəhərdə gəzərkən camaatın qızı, ailəsi niyə səni elə görməlidir?".

N.Qafarzadə bildirib ki, oğlanlarının kiminlə evlənəcəyi məsələsinə qarışmaq fikri yoxdur:

"Oğullarımın heç bir işinə qarışmıram. Hətta demişəm ki, hansı millətdən olan xanımla istəsəniz ailə qura bilərsiniz. Ancaq gəlinim olacaq həmin xanım mütləq geyiminə fikir verməlidir"./big
 
 
İcmal.Az

RƏYLƏR