Orxan Abbasov Həndbol Federasiyasının vitse-prezidenti seçildi

OXUNUB: 554 GÜNDƏM İDMAN

Azərbaycan Həndbol Federasiyasının (AHF) ümumi yığıncağı keçirilib.

7NEWS.az xəbər verir ki, tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Azərbaycan Həndbol Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.
Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentlər seçiliblər. 
Məlumat üçün qeyd edək ki,Orxan Abbasov ötən il Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 
Qeyd edək ki, Abbasov Orxan Vilayət oğlu 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2004-2008-ci illərdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetində hüquqşünaslıq, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.
2009-2015-ci illərdə Səbail rayon Gənclər və İdman İdarəsində
aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2015-ci ildən hal-hazıradək həmin idarənin rəis müavini vəzifəsində işləyir.
2017-ci ildə Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.
2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki uşağı var.

Нет описания.

RƏYLƏR