Oğurluq etdi, 8 il həbs aldı

OXUNUB: 629 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Vasif İmanlının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Hakim Rasim Sadıxovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə V.İmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, V.İmanlı 8 fevral 2017-ci ildə Siyəzən rayonunda yerləşən evdən 13 min 500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Həmin qızılları 2600 manata sataraq pulu xərcləyib. /qafqazinfo

İcmal.Az

RƏYLƏR