Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb

OXUNUB: 510 HADİSƏ
Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb. Hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib. Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR