Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında atletika yarışları davam edir.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Yelena Çebanu qadın paralimpiyaçılar arasında T12 kateqoriyasında 200 metr məsafəyə qaçış yarışında finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az