Levallua-Perre şəhərinin meri Patrik Balkani hadisəni planlaşdırılmış hücum adlandırıb.
"Bu avtomobil kazarmanın qarşısında dayanırdı. Görünür, onun sürücüsü hərbiçilərin çıxışını gözləyirdi. Hesab edirəm ki, hadisəni planlaşdırılmış hücum adlandırmaq olar”, - mer BFMTV telekanalının efirində deyib.
Onun sözlərinə görə, BMW markasının avtomobilin axtarışı davam edir.
***
Fransanın paytaxtı Parisin ətrafında bir nəfər avtomobili hərbçilərin üzərinə sürüb.
Bu haqda "France info” radiostansiyası bildirib.
Hadisə nəticəsində 2-si ağır olmaqla, 6 hərbçi yaralanıb. Sürücü qaçaraq hadisə yerindən gizlənib. Polis şübhəlinin axtarışlarına başlayıb. Hələlik nə şübhəlini, nə də avtomobili aşkar etmək mümkün olmayıb./publika
İcmal.Az