Paşinyan hədəflərini AÇIQLADI: “Hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə…”

OXUNUB: 543 DÜNYA

"Ermənistan hakimiyyət dəyişikliyindən sonra Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü qalacaq. Bu, ümumxalq hərəkarın məntiqinə söykənir”.

Bunu Ermənistan müxalifətinin lideri, "Yelk” parlament fraksiyasının başçısı Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

"Xalq daxili həyatda və ictimai-iqtisadi siyasətdə dəyişikliklər tələb edir. Xalq xarici siyasət dəyişikliklərini tələb etmir”, - baş nazir postuna yeganə namizəd deyib.

O qeyd edib ki, Rusiya Ermənistanın strateji müttəfiqi olaraq qalır. Bundan başqa, müxalifətçinin sözlərinə görə, ölkə İran, Avropa İttifaqı ölkələri və ABŞ-la əməkdaşlığı davam etdirəcək./publika

İcmal.Az

RƏYLƏR