"PASSAGE 145" restoranı Eldar Əzizova qarşı çıxdı – PİYADALARIN YOLU YENƏ “QƏLYANXANA OLDU” - VİDEO

OXUNUB: 2793 GÜNDƏM HADİSƏ

7NEWS.az olaraq 08 fevral tarixində "Bakı sakinləri Eldar Əzizovdan kömək istəyir"PASSAGE 145" RESTORANI YOLUMUZU ZƏBT EDİB - VİDEO+FOTO” başlıqlı yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, Bakının mərkəzində, "Tarqovı”nın tam mərkəzində fəaliyyət göstə restoran vətəndaşların gediş-gəliş yolunu zəbt edib. Bu barədə 7NEWS.az-a ərazidə yaşayan sakinlər məlumat verib.Onların sözlərinə görə, bugünlərdə Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Sakinlərin sözlərinə görə, 1 gün öncə restoranın yolun ortasına qoyduğu qəlyan cihazı kiçik yaşlı uşaqlardan birinin üzərinə düşüb: "Ətrafdakılar dərhal müdaxilə etməsəydilər, uşaq ağır xəsarət alacaqdı”

Bu yazədan dərhal sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərin müraciətinə operativ reaksiya verdi və qanunsuz zəbt edilən ərazi təmizləndi. Bunula bağlı saytımız da "7NEWS.az yazdı, Eldar Əzizov reaksiya verdi:SAKİNLƏRİN "PASSAGE 145"lə BAĞLI ŞİKAYƏTİ TƏMİN EDİLDİ” başlıqlı yazı dərc etdi.

Cəmi 2 ay keçəndən sonra "PASSAGE 145" restoranı başçının tapşırıqlarını ciddiyə almayaraq yenidən yolu zəbt etdilər. 7NEWS.az olaraq təqdim etdiyimiz video 16.04.2019 tarixində çəkilib. Videodan da aydın olur ki, sakinlər üçün nəzərdə tutulan yol qəlyanxanaya çevrilibdir.

RƏYLƏR