Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırıldı - VİDEO

OXUNUB: 735 İDMAN

Fransanın "Marsel” klubunun müdafiəçisi Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırılıb.

 Bu barədə klubun rəsmi saytı məlumat verib.

"Klubun prezidenti Jak-Anri Eyro futbolçu ilə görüşərək onun komandadan kənarlaşdırıldığını elan edib. Həmçinin onun inzibati qaydada cəzalandırılması mümkündür”, məlumatda qeyd olunub.

Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın "Vitoriya” klubu ilə matçdan əvvəl 36 yaşlı futbolçu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə Evra azarkeşlərdən birinin başına ayaqla zərbə endirib. Oyunun hakimi Evraya matç başlamamış qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Patris Evra "Mançester Yunayted” klubunun heyətində beşqat İngiltərə çempionu, 3 qat İngiltərə Kubokunun qalibi, 2007/2008-ci il mövsümündə Çempionlar Liqasının qalibi olub. 2014-2016-cı illərdə isə "Yuventus”un heyətində ikiqat İtaliya çempionu olub./publika

İcmal.Az

RƏYLƏR