Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib

OXUNUB: 544 DÜNYA

Çinin paytaxtı Pekin şəhərinin mərkəzində yerləşən Sidan rayonunda bıçaqla silahlanmış kişi supermarketlərdən birinin müştərilərinə hücum edib. Nəticədə bir qadın aldığı yaralardan keçinib, daha 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə Pekin polisi "Weibo" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, 35 yaşı olan kişi bazar günü yerli vaxtla günorta 13.00 radələrində (Bakı vaxtı ilə 9:00-da) hələ ki, məlum olmayan səbəblərdən "Joy City" supermarketinin müştərilərinə hücum edib.

Hadisə yerinə çağırılan polis əməkdaşları kişini tutublar. Hazırda o, dindirilir./report

 

İcmal.Az

RƏYLƏR