Peruda həddi-buluğa çatmamış şəxslərin islah mərkəzində baş vermiş yanğın nəticəsində azı 5 nəfər ölüb.
Hadisə Truxilyo şəhərində qeydə alınıb.
Mərkəz direktoru Xulio Maqana bildirib ki, yanğın ədavətdə olan dustaq qruplaşmaları arasında toqquşmadan sonra baş verib.
Hazırda hadisənin bütün təfərrüatları öyrənilir./report
İcmal.Az