Pilot uçuş zamanı öldü

OXUNUB: 591 DÜNYA

Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways” aviaşirkətinin pilotu uçuş zamanı dünyasını dəyişib.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, Əbu-Dabidən Amsterdama uçuş həyata keçirən təyyarə pilotlardan birinin özünü pis hiss etməsi ilə əlaqədar Küveytdə eniş etməli olub.

Göyərtəyə çağırılan həkimlər pilotun həyatını xilas edə bilməyiblər.

Təyyarə yük daşımaları həyata keçirirmiş. Pilotun ölüm səbəbi barədə məlumat verilməyib.

İcmal.Az

RƏYLƏR