Polşa Almaniyadan 900 milyard dollar tələb edir

OXUNUB: 1457 DÜNYA
Polşa Almaniyadan 900 milyard dollar təzminat tələb edir.

7NEWS xəbər verir ki, bu barədə parlament üzvü Seym Yanuş Şevçak danışıb və II Dünya Müharibəsi dövründə Polşaya dəyən zərərə görə bu məbləğin ödənilməli olduğunu vurğulayıb. O, həmçinin məsələnin tezləşdirilməsi üçün addım atmayan Polşa hökumətini tənqid edib.

Qeyd edək ki, polyak rəsmilərə görə, müharibə dövründə Polşaya dəyən zərər 48-850 milyard dollar aralığındadır.

RƏYLƏR