Polşada “Qızıl Ordu”nun heykəlləri söküləcək

OXUNUB: 810 DÜNYA

Polşa parlamentinin aşağı palatası (Seym) bina və obyektlərin adlarında kommunizm və ya digər totalitar quruluşun təbliğatını qadağan edən qanuna dəyişikliklərin edilməsinə səs verib.

Sənəddə deyilir: "Heykəllər kommunizm və digər totalitar quruluşu simvolizə edən şəxslərin, təşkilatların, hadisələrin və tarixlərin əhəmiyyətini ifadə edə bilməz”.  

Sənəd sovet dövrünün, o cümlədən "Qızıl Ordu”nun şərəfinə ucaldılmış memorialın sökülməsini nəzərdə tutur. 

"Qanun qəbul edildi”, - məlumatı Seymin mətbuat xidmətində təsdiqləyiblər. 

Birinci və ikinci oxunuşda dəyişikliklərin edilməsini parlament üzvlərinin əksəriyyəti dəstəkləyib. Səsvermə nəticəsində 408 deputat lehinə, yeddi deputat əleyhinə səsə verib, 15 deputat bitərəf qalıb. 

Polşa qanunvericiləri bu memorialların 12 ay ərzində söklüməsini təklif edirlər. Ekspertlər ölkə ərazisində 469 belə obyekt sayıblar, onlardan 250-si "Qızıl Ordu”nun şərəfinə ucaldılıb.  /oxu

 

İcmal.Az

RƏYLƏR