Prezident Zaqatalaya pul ayırdı - 4,4 milyon

OXUNUB: 1152 index-manşet İQTİSADİYYAT
Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İCMAL.az xəbər verir ki, sərəncamda qeyd olunur: Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

RƏYLƏR