Prokuror hakimi güllələdi

OXUNUB: 627 DÜNYA

Birlikdə ov edən zaman prokurorluq əməkdaşının əlindəki silahdan açdığı atəş məhkəmə hakiminə tuş gəldi.

İcmal.Az moderator.az -a istinadla yaydığı xəbərdə deyilir ki, söhbət Başqırdıstanın Belokataysk rayonunun hakimindən gedir.

Hələ təsdiqlənməmiş məlumata görə, olay dünən- noyabrın 16-da Meçetlinsk rayonu ərazisində baş verib. Ov zamanı bir nəfər digərinə silahdan atəş açıb. Ağır yaralanmış şəxs xəstəxanada vəfat edib. Rusiya KİV hələki faciə iştirakçılarının adlarını çəkməyib. Hadisə barədə məlumatlar dəqiqləşdirilir.
 
İcmal.Az

RƏYLƏR