Putin bəyanat verdi: "Paris ilə əməkdaşlıq başlamadan başa çatdı"

OXUNUB: 797 DÜNYA
Rusiya prezidenti Vladimir Putin Fransa ilə bağlı açıqlama verib.


Putin Suriya məsələsinə görə rəsmi Parislə nəzərdə tutulan əməkdaşlığın başlamadan başa çatdığını bəyan edib.

"Figaro" qəzetinə müsahibə verən Rusiya prezidenti bildirib ki, rəsmi Moskva terrorizmə qarşı beynəlxalq əməkdaşlığa hazırdır. Amma bunun niyə alınmadığını Avropadan soruşmaq lazımdır.

Putin deyib: "Biz istəyirik. Mən bu barədə BMT-nin 70 illiyinə həsr edilmiş tədbirdə tribunada çıxış edəndə demişəm. Bütün ölkələri terrora qarşı mübarizədə səylərini birləşdirməyə çağırmışam. Amma bu çox çətin prosesdir".

Rusiya prezidenti qeyd edib ki, Parisdə baş verən terror aktından sonra Fransa prezidenti Fransua Olland Rusiyaya səfər etmişdi.

"Biz onunla konkret fəaliyyət barədə razılaşdıq. Suriya sahillərinə "Şarl de Qoll" təyyarədaşıyanı yaxınlaşdı. Sonra Fransua Vaşinqtona getdi və "Şarl de Qoll" fırlanıb Süveyş kanalı istiqamətində hərəkət etdi. Real olaraq, Fransa ilə əməkdaşlığımız başlamadan başa çatdı".

Putin yenə də açıq əməkdaşlığa hazır olduğunu vurğulayıb./olke.az
 

İcmal.Az

RƏYLƏR