Putin Rusiyanın təhlükəsizlik xidmətindən danışdı

OXUNUB: 719 DÜNYA
Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizlik xidmətinə etibar etdiyini bildirib.


Putin bu barədə Oskar mükafatına layiq olan məşhur amerikalı kinorejissor Oliver Stouna verdiyi müsahibədə deyib. Putin tanınmış kinorejossora böyük müsahibə verib. Müsahibə mayın 12-15-də Amerikanın "Showtime” kanalında yayımlanacaq filmdə yer alacaq.

Putin müsahibəsi zamanı bildirib ki, hazırda Rusiyanın təhlükəsizlik məsələləri yaxşı təşkil edilib.

"Mən öz işimi görürəm. Təhlükəsizlik xidmətinin əməkdaşları da öz işlərini görürlər. Hələlik onların bu işi pis alınmır”, - deyə Putin cavab verib.

O.Stoun Putindən ona 5 dəfə edilən uğursuz sui-qəsd barədə soruşub.

"Əlbəttə bu sui-qəsd Kastroya edilən hücumların yanında bir şey deyil. Ona hakimiyyəti dövründə 50 dəfə sui-qəsd təşkil edilib”, - deyə O.Stoun əlavə edib.

Putin də öz növbəsində suala maraqlı cavab verib:

"Mən də Kastro ilə bu barədə danışmışam. O mənə dedi ki, "bilirsən bu qədər sui-qəsdlərə baxmayaraq mən niyə sağam?”. Mən də maraqla soruşdum, "niyə?”. Kastro bildirdi ki, sağ qalmasının səbəbi təhlükəsizliyi ilə şəxsən özünün məşğul olmasıdır”.

Təhlükəsizlik xidmətinə inanması barədə suala Putin "bəli, mən öz cangüdənlərimə inanıram”, - deyə cavab verib.

Qeyd edək ki, kinorejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqqında film üzərində işləyir. Filmdə Putinin 2000-ci ildə ilk dəfə Rusiya prezidenti seçildikdən sonra dünyada baş verən hadisələrə münasibəti göstəriləcəkdir.

O.Stoun kəskin siyasi mövzularda filmlər çəkən rejissor kimi məşhurdur. Onun qəhrəmanları arasında ABŞ prezidentləri Riçard Nikson, Con Kennedi, Corc Buş var./olke.az
 
İcmal.Az

RƏYLƏR