Qaçqınlara qarşı cinsi istismar: "Gecə qadınlar çölə çıxa bilmir" - BMT

OXUNUB: 765 DÜNYA
Qaçqınlar Yunanıstanda cinsi təzyiqlərə məruz qalıblar.
 
 İcmal.Az publika.az-a istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə komissarlığı Yunanıstana müraciət edən miqrantların saxlanıldıqları düşərgələrdə cinsi istismara məruz qaldıqları haqqında məlumat yayımlayıb.

Təzyiqlərə məruz qalan miqrantlar bu barədə açıqlama verməyə çəkinsələr də, Komissarlıq yunan adalarında 622 qaçqının cinsi təzyiqlərlə üzləşdiyini təsdiqləyib. Bu isə daha çox miqrantın cinsi istismara məruz qala biləcəyi ehtimalını ortaya qoyub.

Qaçqınlar üzrə komissarlığının sözçüsü Sesile Poilli bildirib ki, sözügedən vəziyyət ilə bağlı Yunanıstanın xüsusilə Midilli adasındakı düşərgələrində qalan qaçqınların vəziyyəti gərgindir. Onun sözlərinə görə, mərkəzdə çoxlu miqrant məskunlaşıb və qaranlıq düşdükdən sonra qadınlar ayaqyolu və hamama getmirlər.

Qaçqınlara qarşı cinsi istismar:
İcmal.Az

RƏYLƏR