Qarabağın Dilbaz atlarının dünya miqyaslı şedevr heykəli satılır – CƏMİ 3000 MANATA (FOTOLAR)

OXUNUB: 855 Özəl SOSİAL

Azərbaycan atları dünyanın ən nadir və qədim at növlərindən olub, Qarabağ, Bakı, Qazax-Ağstafa bölgələrində yetişdirilib. Yerli atların ən qədim cinslərindən biri Dilbaz atı isə təxminən XVIII əsrin sonlarında Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaranıb. Elə Qarabağ atına bənzərliyi də bundan irəli gəlir. Dilbaz atının tarixi Nadir şahın Qazax qəzasında kəndli ilə görüşündən başlayır.

7NEWS.az xəbər verir ki, bu atın skulptur heykəlini yaratmaq olduqca çətin və məsuliyyətlidir. Tanınmış heykəltəraş Telman Kərimov artıq bir neçə heykəl əsərini başa vurmaq üzərədir. T.Kərimovun sözlərinə görə işlərin yekunlaşdırılması üçün 10 min manata yaxın vəsait lazımdır: "Bu əsərlər tamamlandıqdan sonra dünya miqyaslı şedevr olacaqdır. Təəssüf ki, tamamlama işləri üçün kiçik maliyyə dəstəyi lazımdır. Bu mənada biz heykəllərdən 3 ədədini 3000 AZN-nə satmaq qərarına gəldik. Təbii ki, alan insanlar işi tamamlanmış formada təhvil alacaqlar. Bu kimi əsərlərin qiymətini bilən insanlar, həvəskarlar, kolleksionerlər var. Əslində bu işin dəyərli yüz minlərlə manatadır. Mənim yaratdığım əsərlərin hamsının dəyəri ermənilərin ümumi dövlət büdcəsindən də çoxdur. Söhbət təkcə maddi yox, həm də mənəvi varlılıqdan gedir. Ümid edirəm əsərlərimin tamamlanması üçün tezliklə dəstək tapacağam”

Məlumat üçün qeyd edək ki, Qarabağımızın simvolu sayılan Dilbaz atının heykəlini əldə etmək istəyənlər (+994 70) 695 51 55 nömrəsi isə əlaqə saxlaya bilərlə. Milli sərvətimizi yaşadacaq şedevr əsərlərin ortaya çıxması üçün bütün iş adamlarını, həvəskarları Telman Kərimova dəstək olmağa çağırırıq.



RƏYLƏR