Qaradağda toyda adam öldü

OXUNUB: 751 SOSİAL HADİSƏ

Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. 

Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 İcmal.Az

RƏYLƏR