Qaret Beylin toyunda Beyons oxuyacaq

OXUNUB: 792 İDMAN

"Real Madrid"in futbolçusu Qaret Beylin menecerləri məşhur pop ulduz Beyonsla danışıqlar aparır.

İcmal.Az goal.az-a istinadən xəbər verir ki, Beylin Emma Ris-Consla 2018-ci ildə baş tutacaq toy mərasimində oxumaq üçün amerikalı müğənni 1.5 milyon funt qonorar istəyir.

Toyun vaxtı daha əvvəlki tarixə salınmışdı. Amma Beylin qaynatası dələduzluq ittihamı ilə ABŞ-da həbs olunduğundan bu əlamətdar hadisənin tarixi növbəti ilin yazında çəkilib. Mərasim İtaliyada baş tutacaq.

 

"Real"da həftədə 300 min funt qazanan Beyl Beyonsun istədiyi məbləği ödəmək iqtidarındadır. 

İcmal.Az

RƏYLƏR