Qaxda oğurluq edən iki qardaş ələ keçdi

OXUNUB: 514 HADİSƏ

Qaxda mağazalara qənim kəsilərək vətəndaşlara maddi ziyan vuran iki qardaş - Zaqatala rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, onların ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində üç ay öncə baş verən oğurluq hadisəsinin üstü açılıb.

Əməliyyat-axtarış tədbirləri ilə üç ay öncə Qax şəhəri ərazisində fəaliyyət göstərən mağazadan oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan iki qardaş müəyyən edilərək saxlanılıblar.

Hər ikisi əvvəllər məhkum olunmuş - 33 yaşlı Elsevər və 42 yaşlı Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvar ayında kənd ərazilərində olan mağazalardan pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.

Araşdırmalarla məlum olub ki,qardaşlar Qax şəhəri ərazisindəki marketin arxa tərəfindəki dəmir qapının aşağı hissəsini əyməklə obyektə qeyri-qanuni yolla daxil olublar və oradan 10 470 manat oğurlayıblar. 

Faktla bağlı cinayət işi başlanılıb.  

İcmal.Az

RƏYLƏR