Qazaxıstanda Mirzoyanın abidəsi yoxa çıxıb

OXUNUB: 566 DÜNYA

Mayın 18-i gecə saatlarında Aktoba şəhərində 1933-1938-ci illərdə Qazaxıstanın rəhbəri olmuş Levon Mirzoyanın abidəsi götürülüb. 

İcmal.Az xəbər verir ki, şəhərin baş arxitektoru Tanat Şeqebayev ideoloji baxımdan köhnəlmiş abidənin götürülmədiyini, yerinin dəyişdirildiyini deyib. 

Onun sözlərinə görə, abidə restavrasiyaya göndərilib, bundan sonra onun yerli parklardan birində yerləşdirilməsi planlaşdırılıb. 

"Parkdakı ilk prezidentin abidəsinin yerləşdiriləcəyi ərazidə tarixi zonanın yaradılması da nəzərdə tutulub. Orada ideoloji baxımdan köhnəlmiş bütün abidələr – Leninin, Frunzenin, Mirzoyanın heykəlləri yerləşdiriləcək”, - Şeqebayev bildirib. 

O, abidənin gecə saatlarında götürülməsi məsələsinə münasibət bildirməyib. 

Mirzoyanın abidəsi Aktoba şəhərinin böyük küçələrinin kəsişdiyi hissəsində, 1997-ci ildə ucaldılıb. 

İcmal.Az

RƏYLƏR