Millət vəkili, Azərbaycan-Türkiyə
Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri
vətəndaşı statusu verilib.
Millət vəkilinə Fəxri Vətəndaşlıq Aksaray bələdiyyə
məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən
verilib. Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, millət vəkili
Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada
çıxışlarında hər zaman Türkiyəyə dəstəyi,
Aksarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla
Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə
görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb. Millət vəkiili Q.Paşayevaya
həmçinin qədim Kapadikyanın(Uçhisar) Fəxri Vətəndaşlığı da verilib. Uçisar bələdiyyə
məclisinin qərarı ilə verilən Fəxri Vətəndaşlığın millət vəkili Q.Paşayevaya təqdim
edilməsi zamanı bələdiyyə başkanı Aki Karaarslan bildirib ki Q.Paşayeva fəaliyyətində
hər zaman Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə, Türk dövlət və
toplumlarının haklarının dünyanın hər yerində müdafiəsinə, Kapadikya ilə Azərbaycan
arasında əməkdaşlığın genişlənməsinə böyük önə verir və onun bu fəaliyyəti gənc
nəsillər üçün gözəl örnəklərdən bidiridr və Uçhisar ona Fəxri Vətəndaşlıq verməkdən
çox məmundur. Aksarayda və Kapadokyada Fəxri
Vətəndaşlığın təqdim edilməsində iştirak edən millət vəkili Q. Paşayeva ona
göstərilən bu etimadı yüksək qiymətləndirərək onu bu şərəfli ada layiq görən
Aksaray və Kapadokyaya, bələdiyyə məclis
sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib. Belə bir statusun onun üçün
xüsusi onur olduğunu dilə gətirib: " Aksarayın və Kapadokyanın fəxri vətəndaşı
olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Aksaray və Kapadokyada olmaq
başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm
və hər zaman onu doğrultmağa çalışacam”. Aksaray və Kapadokyada Fəxri Vətəndaşlığın
verilməsi mərasimindəki çıxışları zamanı fəxri vətəndaşlığın verilməsini həyatının
ən gözəl anlarından biri adlandıran millət vəkili bundan sonra da bu etimadı
doğrultmağa çalışacağını, bundan sonra da Azərbaycan-Türkiyə birliyi, Türk
dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib:
"Mənə verdiyiniz bu şərəfli statusa layiq olacağıma söz verirəm. Bunu öz adıma
deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin
və Türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin,
aydınlarımızın adına qəbul edirəm. Bizim hamımızın məqsədimiz türk millətinin
birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək
olmalıdır”. Qənirə Paşayeva hazırda türk dövlətləri arasında mövcud olan
qırılmaz əlaqələrdən də danışıb:"Hazırda Azərbaycan və Türkiyə arasında dünyada
analoqu olmayan əlaqələr mövcuddur. Gənclərimiz bu əlaqələrin daha da genişlənməsi
üçün əllərindən gələni etməlidirlər. Çünki böyük şəxsiyyət İsmayıl Qaspiralı
deyir ki, dildə, fikirdə və işdə birlik. Əgər dildə və fikirdə birlik olmazsa,
işdə də birlik olmaz. Dil və fikirdə bir olduğumuz türk dünyası ilə olan əlaqələri
inanıram ki, gənclərimiz daha da genişləndirəcək”. Qənirə Paşayeva fəxri vətəndaşlıq
statusu aldığı bu günlərdə düz 24 il əvvəl Azərbaycanda yaşanan faciələrin il
dönümü olduğunu diqqətə çatdırıb. "24 il bundan əvvəl bu günlərdə Azərbaycanın
Ağdam şəhəri işğal olunub. Mən bütün şəhidlərimizin
ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik
içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada,
Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək”. Sonda ona bu adı
layiq görən hər kəsə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva,
"Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım
Aksaray, Kapadokya, Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün əlimdən
gələni əsirgəməyəcəyəm”-, deyərək fikirlərini yekunlaşdırıb. Çıxışlardan sonra
millət vəkili Qənirə Paşayevaya Aksaray və Kapadokyanın Fəxri Vətəndaşlığı
statusunun rəsmi sənədləri təqdim olunub. O da öz növbəsində Aksaray bələdiyyə
sədri Haluk Şahin Yazqı və Uçhisar bələdiyyə başkanı Ali Karaarslana Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə
aid hədiyyələr təqdim edib.
İcmal.Az