Qətər böhranında Küveyt geriyə addım atdı — SƏBƏB

OXUNUB: 859 DÜNYA
Qətər böhranında ilk geri addım Küveytdən gəlib.


Küveytin xarici işlər naziri əs-Sabah Qətər böhranının birbaşa dialoq yolu ilə həll edilməsinin lazım olduğunu bildirib. Qətərdən təbii qaz ixrac edən ölkələrdən sayılan Küveyt bu embarqo ucbatından çətin vəziyyətə düşüb.

Açıqlama verən Küveyt diplomatı bildirib ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn ilə Qətər arasındakı problem ancaq dialoq yolu ilə Körfəz damı altında həll edilməlidir. Ölkəsinin problemin həlli üçün əlindən gələn hər şeyi etməyə davam edəcəyini, qardaş münasibətlərində yaşanan bu gərginliyin həlli üçün səy göstərəcəyini bildirən əs-Sabah deyib: "Qətərdəki qardaşlarımız, qardaşlarının qayğı və narahatçılıqları arxasındakı həqiqəti başa düşməyə, təhlükəsizlik və sabitliyi gücləndirmə cəhdlərinə cavab verməyə hazırıq".

Nazir bildirib ki, Küveyt əmiri Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər edərək münasibətləri qorumaq məsələsində həll yollarını müzakirə edib./olke.az
 

İcmal.Az

RƏYLƏR