Qətərdən ərəb dövlətlərinə qarşı həmlə — Terrorla mübarizə cəhdləri incələnəcək

OXUNUB: 683 DÜNYA
Qətər onu "terroru dəstəkləməkdə" günahlandıran bəzi ərəb dövlətlərinə qarşı həmlə edib.

ABŞ-ın sabiq ədliyyə naziri Con Eşkroftun hüquq firması Qətərin terrora qarşı mübarizə cəhdlərini incələyəcək. Qətər bununla da Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin rəhbərlik etdiyi bir qrup ərəb dövləti ilə ABŞ prezidenti Donald Trampın "terroru dəstəkləmək" ittihamının yalan olduğunu sübut etmək niyyətindədir.

Bu məqsədlə Corc Buşun prezidentliyi dövründə ABŞ ədliyyə naziri olan Conun hüquq şirkəti ilə müqavilə imzalayıb. Qətər hökuməti 90 günlük incələmə üçün şirkətə 2.5 milyon dollar pul ödəyəcək. Şirkət isə Qətərin çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinin qarşısının alınması mövzularındakı fəaliyyətlərini incələyərək hesabat hazırlayacaq.

ABŞ Ədliyyə Nazirliyi mövzu ilə bağlı açıqlama verib: "Həyata keçirəcəyimiz incələmə çərçivəsində Qətər özünə əmindir"./olke.az
 
İcmal.Az

RƏYLƏR