Zülfiyyə Xanbabayeva, Miri Yusif, Zamiq, Murad Arif, Günay İbrahimli və digər ulduzların kliplərinin rejissoru Delee ilk dəfə özü klipdə rol alıb. Onun duet ortağı səhnə adı SİVVA olan sevilən bəstəkar-müğənni Sevinc Ağasıyevadır. Mahnının sözləri də Deleeyə aiddir. Musiqisi Sivvaya məxsus olan yeni mahnı "6-cı mərtəbə” adlanır.
Qeyd edək ki, Sivva məşhur "Əziz müəllimim” mahnısının bəstəkarı və ifaçısı, həmçinin Aygün Kazımova, İlqar Muradov və digər sənətçilərin ifasında səslənən mahnıların müəllifidir.