Reperlərin hava limanında davası uçuşları təxirə saldı - ViDEO

OXUNUB: 677 DÜNYA
Fransanın tanınmış iki reperi Booba və Kaaris Orli hava limanında dava edib.

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir-biri ilə düşmən olan reperlər təsadüfən qarşılaşıblar. Hər iki reper Barselonada konsert vermək üçün Parisdən yola düşməli imiş. Ancaq hava limanında bir-birini görən Booba ilə Kaaris yumruq davasına çıxıb. Davaya onların tərəfdarları da qoşulduğundan polis hərəkətə keçməli olub.

11 nəfər saxlanılıb. Dava səbəbindən bir neçə uçuş təxirə salınıb. 

 

İcmal.Az

RƏYLƏR