Rusiyada bəndin uçması nəticəsində 12 nəfər ölüb, 13 nəfər itkin düşüb

OXUNUB: 530 DÜNYA
Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil. İCMAL.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib. FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.

RƏYLƏR