Rusiyada bu şəxslər böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK - QANUN

OXUNUB: 735 İDMAN

Rusiya prezidenti Vladimir Putin 2018 Dünya Çempionatında qara bazarda saxta və qanundankənar bilet satışı ilə məşğul olanların cəzalandırılması haqqında qanun imzalayıb.

 Qanuna görə, DÇ-ni canlı izləmək istəyən insanlara qanundankənar bilet satan şəxslər biletin 20-25 qatı dəyərində pul cəzası ödəyəcək. Bu isə ən az 50 000 rubl (1475 manat) civarında bir məbləğ deməkdir.

Saxta bilet işi ilə məşğul olan fiziki şəxslər biletin 25-30 qatı dəyərində, təxminən 150 000 rubl (4425 manat), hüquqi şəxslər isə 500 000 rubldan (14750 manat) 1 milyon rubla qədər (29 500 manat) cərimə ödəmək məcburiyyətində qalacaq.

Dünya Çempionatı ərzində saxta bilet satışı ilə məşğul olan sadə vətəndaşlar 50-70 000 rubl (1475-2000 manat) , səlahiyyətli şəxslər 150-200 000 rubl (4400-5900 manat), hüquqi şəxslər isə 1 milyon-1,5 milyon rubl (29 500-43 000 manat) məbləğində cərimə ödəyəcək.

Rusiya prezidenti bu qanun layihəsini imzalamaqla DÇ-dəki bilet satışlarında qanunsuzluqların qarşısının alınması və aradan qaldırılmasını təmin etmək niyyətində olduğunu bildirib./publika

İcmal.Az

RƏYLƏR