Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb (FOTO)

OXUNUB: 504 HADİSƏ
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-210740" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin döşəməsində və ön sağ-sol qanadlarının altında gömrük nəzarətindən gizlədilən 6225 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR