Rusiyalı nazir: Türkiyədən pomidor almayacağıq

OXUNUB: 899 İQTİSADİYYAT

Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur.

Bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçovdeyib.

Onun sözlərinə görə, Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznes təşviq edilib. Nazir əlavə edib: "Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı”.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında Türkiyə pomidorlarının Rusiyaya məhdud tədarükü üzrə danışıqlar avqustun 18-ə planlaşdırılıb./trend

 

7news.Az

RƏYLƏR