Rusiyanın silahları Türkiyədə

OXUNUB: 1322 DÜNYA
Rusiyanın "Almaz-Antey” konserni aprelin 25-dən 29-dək Türkiyədə keçiriləcək "Eurasia Airshow -2018” ilk Beynəxlalq Aviasalon sərgisində iştirak edəcək.
 "Almaz-Antey” şirkəti sərgidə S-400 "Triumf”, "Buk-M2E” və "Tor-M2E” zenit-raket kompleksini nümayiş etdirəcək.
 
Məlumata görə, şirkət həmçinin "Tor-M2KM” zenit-raket kompleksini 9A331MK-1 tipi stasionar muxtar döyüş modulunun da sərgidə nümayiş etdirəcək.
 
Qeyd edək ki, "Almaz-Antey” Rusiya müdafiə sənayesində fəaliyyət göstərən ən iri şirkətlərdən biridir və təxminən 130 min işçisi var. Şirkət tərəfindən istehsal olunan bütün məhsullar dünyanın 50-dən çox ölkəsinin silahlı qüvvələrinin inventarında yer alır./BNEWS
İcmal.Az

RƏYLƏR