Rüsvayedici məlumatlarla pul qazanmaq istəyən şantajçı tutuldu

OXUNUB: 513 HADİSƏ

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. 

 

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.

ŞPŞ-də araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR