Rza Pəhləvinin mumiyası tapıldı - FOTO

OXUNUB: 590 DÜNYA

İranda şah Rza Pəhləvinin mumiyası tapılıb. Şübhəsiz ki, bu, əvvəllər yeri məlum olmayan şahın cəsədidir. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Iran Front Page” nəşri məlumat yayıb. 

Qalıqlar Rey şəhərinin Şah Əbdül Əzim memorial kompleksinin rekonstruksiyası zamanı tapılıb. 

Rza Pəhləvi taxtdan imtina edib və 1944-cü ildə Cənubi Afrikada sürgündə olarkən ölüb. 1950-cı ildə onun oğlu Məhəmməd Rza Pəhləvi atası üçün memorial kompleks inşa etdirib, ancaq 1980-cı ildə İslam İnqilabı zamanı o dağıdılıb. 

Tehranın Mədəni İrs Şurasının rəhbəri Həsən Xəlilabadinin fikrincə, mumiya mərhum şahın cəsədi ola bilər. Cəsəd ekspertlər tərəfindən araşdırılacaq.

İcmal.Az

RƏYLƏR