Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO

OXUNUB: 1388 HADİSƏ

Novxanın çimərliyində dəyəri bir neçə milyonla ölçülən möhtəşəm otel, restoran, spa mərkəzi tikilib.

"Mariana Trench” adlanan bu mərkəzin builki yay mövsümündə tam fəaliyyətə başlayacağı bildirilir. Azinforum.az dəqiqləşdirib ki, yeni tikilən istirahət-əyləncə kompleksi Bakının Xətai Rayonunun sabiq icra başçısı Razim Məmmədova məxsusdur. Bu yaxınlarda vəzifəsindən azad edilən sabiq icra başçısının tez-tez həmin mərkəzdəki işlərlə tanış olduğu bildirilir. Qeyd edək ki, möhtəşəm "obyekt” tam ərsəyə gəlsə də, Razim Məmmədov yaxındakı restoranlardan biri ilə dənizə birbaşa çıxış əldə etmək məsələsində razılığa gələ bilməyib. Bunun üçün ona üzbə-üzdə olan "Dalğa” adlı restoran mane olur. Sabiq başçı həmin restorana istifadəsiz ərazisini satmağı təklif etsə də, onun təklifi geri çevrilib. Qeyd edək ki, "Dalğa” restoranının əslən Kəlbəcərdən olan bir məmura məxsus olduğu bildirilir. Necə deyərlər, deyəsən, iki qoçun başı bir qazanda qaynamayacaq. Məhz bu məsələyə görə Razim Məmmədovla həmin məmur arasındakı münasibətlərin gərginləşdiyi bildirilir.

https://azinforum.az/wp-content/uploads/2019/04/mar-169x300.jpg 169w" sizes="(max-width: 540px) 100vw, 540px" style="border-width: 0px; padding: 0px; margin: 0px; outline: none; list-style: none; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />

İcmal.Az

RƏYLƏR