"Şahzadəyə dedim ki, qızıma əl qaldırma…"

OXUNUB: 908 DÜNYA
Şahzadə Harri ilə qayınatası arasındakı ilginc tanışlıq söhbətinin detalları üzə çıxdı…
Bütün dünyanın maraq dolu baxışlarını üzərində toplayan Meqan Marklenin atası Tomas Markle kürəkəni şahzadə Harri ilə tanış olanda nələr danışdığından bəhs edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ürək damarlarında yaranan sağlamlıq probleminə görə əməliyyat keçirən və buna görə də qızını toy günündə tək qoymağa məcbur olan Tomas Markle bir televiziya kanalına qonaq olub. 73 yaşındakı Tomas Markle qızı ilə evlənmək üçün ondan icazə istəyən Şahzadə Harri ilə aralarında gedən söhbət barədə danışıb.

"Good Morning Britain” adlı verilişə qonaq olaraq qatılan Tomas Markle baş verənlər barədə belə danışıb: "Şahzadə Harri qızımla evlənmək istədiyini dedi. Mən də ona "Sən bir centlemensən. Söz ver mənə, əsla qızıma əl qaldırmayacaqsan” dedim və evlənmələrinə icazə verdim”.

Tomas Markle Şahzadə Harri ilə telefonda danışdıqlarını da vurğulayıb. O, qızının toyuna qatıla bilmədiyi üçün qəmgin olduğunu da deyib.

Mərasim yürüşü zamanı qızını Şahzadə Çarlzın müşayiət etdiyini görən anda göz yaşlarını saxlaya bilməyən Markle aşağıdakıları deyib: "Toya getməyi istədim. Amma qızımı Şahzadə Çarlzın müşayiət etməsinə görə qürur hissi keçirdim. Ondan daha uyğun birini düşünə bilməzdim”.

Qızı Meqanın çox ağıllı olduğunu deyən ata Markle onun barəsində isə bunları vurğulayıb: "Kiminlə bir yerdə olmaq istədiyini bilən bir qızdır. Yaxşı bir seçim edib”.

Bir müddət Hollivudda işıq texniki olaraq çalışan Tomas Markle təqaüd dönəmini Meksikada keçirir. Qızı Meqan ilə arasının çox da yaxşı olmadığı da səslənən iddialar sırasındadır.
 

İcmal.Az

RƏYLƏR