Salahdan növbəti XEYİRXAH ADDIM

OXUNUB: 942 İDMAN
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah oyunu ilə yanaşı, yaşıl meydanlardan kənardakı hərəkətləri ilə alqış toplamağa davam edir.

25 yaşlı hücumçu növbəti xeyirxah addımını doğulub boya-başa çatdığı Misirin Naqriq vilayətində edib. O, susuzluqdan əziyyət çəkən vilayət üçün böyük su anbarı inşa etdirməyə qərar verib.

Salah anbar üçün nəzərdə tutulan əraziyə görə 350 min avro ödəyib.

Salah bundan öncə Naqriqdə məktəb və xəstəxanalar inşa etdirib.
 
İcmal.Az

RƏYLƏR