Bu gün Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzinin ərazisində olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 700 m2 sahədə yanıb.
İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İcmal.Az