Samuxda tanışlar arasında dava düşüb, xəsarət alanlar var

OXUNUB: 534 HADİSƏ

 Samux rayonunda tanışlar arasında əlbəyaxa dava düşüb.

Hadisə rayonun Sərkər kəndində baş verib.

Belə ki, əlbəyaxa dava nəticəsində kənd sakini, 1982-ci il təvəllüdlü Nəsibov Anar Rabil oğlu baş və sifət nahiyəsindən ağır xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Əlbəyaxa dava zamanı A.Nəsibovun tanışı da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR