Sankt-Peterburqda azərbaycanlı pedofil saxlanıldı

OXUNUB: 763 HADİSƏ

Əslən Azərbaycandan olan gənc Sankt-Peterburqda altıncı sinif şagirdinə təcavüz edib. 

İcmal.Az 1news.az-a istinadən xəbər verir ki, hadisə Şimal prospektində baş verib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs qızın anasının  polis bölməsinə şikayətindən sonra Sankt-Peterburq şəhərinin Kalininsk rayonunda saxlanılıb. 

Qadın bildirib ki, iyun ayının 1-də şəhərin qarajlarından birində cənub bölgəsindən olan şəxs onun 2004-cü il təvəllüdlü qızına təcavüz edib. 

Cinayət faktı üzrə cinayət işi açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, onun günahı sübut edildiyi halda, o, on ilə qədər azadlıqdan məhrum edilə bilər. 

İcmal.Az

RƏYLƏR