Şəbnəmin əriylə bağlı yalanı — ÜZƏ ÇIXDI

OXUNUB: 1130 ŞOU-BİZNES
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonağı olduğu "5-də 5" verilişində həyatında olan insanla bağlı növbəti dəfə yalan danışıb.


İCMAL.AZ-ın məlumatına görə, sənətçi bildirib ki, həyat yoldaşı onunla ailə qurmamışdan iki il öncə boşanıbmış.

"Yazırlar ki, bəlkə əriniz ailəlidir deyə üzə çıxarmırsız? Demək istəyirəm ki, həyat yoldaşım mənimlə tanış olmamışdan iki il əvvəl ayrılıb. Bəli, övladlarına baxır, onları mən də çox istəyirəm".

Qeyd edək ki, sənətçi bir müddət öncə lent.az-a müsahibəsində bildirmişdi ki, həyat yoldaşı hələ də ailəlidir:

"Onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm". 
 
İCMAL.AZ

RƏYLƏR