Şəhərə hər tərəfdən hücum başlandı – ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

OXUNUB: 955 DÜNYA

Taliban hərəkatının döyüşçüləri Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhərinə hücuma başlayıblar.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda regiondakı mənbələrə istinadən "TOLO News” telekanalı bildirib.

Talibanın bəyanatında deyilir ki, onların dəstələri bir neçə istiqamətdən eyni adlı vilayətin inzibati mərkəzinə girməyə çalışırlar.

Mənbələr qeyd edirlərki, hökumət gücləri və döyüşçülər arasında gedən sərt toqquşmalarla əlaqədar paytaxt Kabillə Qazni şəhərini birləşdirən avtomagistralda hərəkət dayandırılıb.

 

İcmal.Az

RƏYLƏR