Şəmkir sakinindən küstar üsulla düzəldilmiş tapança götürülüb

OXUNUB: 584 HADİSƏ

 Şəmkir sakinindən küstar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.

İcmal.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində paytaxtın N.Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Mübariz Lətifoğludan küstar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.

 

İcmal.Az

RƏYLƏR