Serj Sarqsyan Ermənistana qayıdıb, oradan Dağlıq Qarabağa gəlib

OXUNUB: 729 DÜNYA

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

O, 10 gün xaricdə səfərdə olub.

Bildirilib ki, S.Sarqsyan 3 gündür Xankəndidədir. Onun anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub. 

Başqa məlumatlara əsasən, S.Sarqsyan İtaliyda dincəlib. S.Sarqsyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

Qeyd edək ki, onun qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır./report

 

İcmal.Az

RƏYLƏR